Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Norveçin kralı əlahəzrət V Haralda təbriki - Bakı şəhəri, 15 may 2000-ci il


Əlahəzrət!

Norveç Krallığının milli bayramı - Konstitusiya Günü münasibətilə Sizə, kral ailəsinin üzvlərinə və dost Norveç xalqına səmimi salamlarımı və təbriklərimi yetirir, Sizə möhkəm cansağlığı və səadət, ölkənizə sülh, tərəqqi və əmin-amanlıq arzulayıram.

Mən Azərbaycan Respublikası ilə Norveç Krallığı arasında hərtərəfli əlaqələrin inkişafına böyük əhəmiyyət verirəm. İnanıram ki, ölkələrimizin dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyi namini getdikcə möhkəmlənəcəkdir.

Hörmətlə və ehtiramla,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Oçerklər

Azərbaycan - Avropa

Ümumi tarixi arayış

Azərbaycan - Avropa

Tarixi arayış

Azərbaycan - Avropa