Azərbaycan Silahlı Qüvvələrinin 3-cü ildönümü münasibəti ilə təbrik - 7 oktaybr 1994-cü il


İgid vətən oğulları!

Fədakar Azərbaycan döyüşçüləri!

Hörmətli müharibə veteranları!

Gələcəyinə ümid bəslədiyimiz hərbi kursantlar!

Əziz və doğma xalqım!

Sizi 9 Oktyabr - Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 3-cü ildönümü münasibətilə ürəkdən təbrik edir və salamlayıram. Gənc Azərbaycan dövlətinin müstəqilliyi keşiyində şərəf və namusla durmuş Azərbaycan Ordusunun mərd əsgər və zabitlərinə, Daxili Qoşunların cəsur döyüşçülərinə, igid sərhədçilərimizə ən səmimi hisslərimi bildirirəm, onlara ölkəmizin və xalqımızın dinc həyatı, aydın sabahı, xoşbəxt və firavan gələcəyi naminə möhkəm cansağlığı, sarsılmaz dözüm və dəyanət arzulayıram.

Əminəm ki, zəngin hərbi tarixə malik Azərbaycan xalqı öz Silahlı Qüvvələrinin əzm və qüdrətinə arxalanaraq çətin və ağır dövlət quruculuğu yollarında daha inamla addımlayacaq və yeni zəfərlər qazanacaq.

Heydər Əliyеv, 
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

ORDU QURUCULUĞU