Ukraynanın Prezidenti zati-aliləri cənab Leonid Daniloviç Kuçmaya - Bakı şəhəri, 31 iyul 1999-cu il


Hörmətli Leonid Daniloviç, Ukraynanın dünya şöhrətli görkəmli opera müğənnisi və pedaqoqu Anatoli Solovyanenkonun qəflətən vəfat etməsi xəbəri məni dərindən kədərləndirdi. O, dəfələrlə Azərbaycan səhnəsində də çox böyük müvəffəqiyyətlə çıxış etmişdir. Mən mərhumu şəxsən tanıyırdım və onun əziz xatirəsi daim qəlbimdə yaşayacaqdır.

Bu ağır itki ilə əlaqədar olaraq Sizə və bütün Ukrayna xalqına dərin hüznlə başsağlığı verirəm. 

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti