Bruney Darüssalamın Sultanı Əlahəzrət Həssənal Bolkiaha - Bakı şəhəri, 16 fevral 2002-ci il


Əlahəzrət!

Bruney Darüssalamın milli bayramı - Milli gün münasibətilə Sizi və bütün Bruney xalqını səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan Respublikası ilə Bruney Darüssalam arasında yaranmıs dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Bruney xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 24 fevral 2002-ci il.