Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası Ülyahəzrət II Elizabetə - Bakı şəhəri, 30 may 2002-ci il


Ülyahəzrət!

Taxt-taca sahib olmağınızın 50 illiyi münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Sizin Britaniya xalqı qarşısında xidmətləriniz və ölkələrimiz arasında əlaqələrin inkişafına töhfəniz Azərbaycanda yüksək qiymətləndirilir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Britaniya xalqına sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 31 may 2002-ci il.