Amerika Birləşmiş Ştatlarının prezidenti zati-aliləri cənab Uilyam C. Klintona - Bakı şəhəri, 9 avqust 1998-ci il


Hörmətli cənab prezident, Keniyada və Tanzaniyada ABŞ-ın diplomatik nümayəndəliklərinə qarşı terror aktları törədilməsi və nəticədə Amerika vətəndaşlarının həlak olması barədə xəbər məni dərindən narahat etdi.

Bu qəddar beynəlxalq terrorizm aktlarını qətiyyətlə pisləyirəm. Əminəm ki, günahkarlar aşkar olunacaq və layiqli cəzalarını alacaqlar.

Sizə və həlak olanların qohumlarına səmimi-qəlbdən başsağlığı verirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.