Xatami Məhəmməd (1943)


İranın dövlət və siyasi xadimi. 1997-2005-ci illərdə İran İslam Respublikasının prezidenti olub. 9-11 dekabr 1997-ci ildə Tehranda keçirilən İslam Konfransı Təşkilatının 8-ci zirvə görüşündə sədrlik edib. Bu sammitdə Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən bəyanat qəbul olunub. 2004-cü ildə Məhəmməd Xatəmi Azərbaycanda rəsmi səfərdə olub.