Azərbaycan Prezidenti Heydər Əliyevin ABŞ konqresmeni Piter Kinq ilə görüşdə söhbətindən - Vaşinqton, Kapitoli, 30 iyul 1997-ci il


Hörmətli cənab Kinq!

Ölkəmizə qarşı yönəldilmiş 907-ci düzəlişin ləğvi barədə qərar layihəsi hazırlayıb Konqresə təqdim etdiyinizə görə Sizə təşəkkür edirəm. Siz ədalətli və cəsarətli konqresmensiniz.

Vaxtilə Konqresin atdığı addımın haqsızlığını dərindən başa düşdüyünüzə və bunu aradan qaldırmaq üçün çox dəyərli təklif hazırladığınıza görə Sizin əməyinizi yüksək qiymətləndirirəm.

Bildirirəm ki, bu ədalətli hərəkəti ilə cənab Kinq Azərbaycanın tarixinə düşəcəkdir. Mən Sizi Azərbaycana səfər etməyə dəvət edirəm.