Amerika Birləşmiş Ştatlarının prezidenti Zati-aliləri cənab Corc U.Buşa - Bakı şəhəri, 14 dekabr 2000-ci il


Hörmətli cənab prezident!

Amerika Birləşmiş Ştatlarının prezidenti seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında təşəkkül tapmış dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına sülh, əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydәr Әliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 15 dekabr 2000-ci il.