Yunanıstan Respublikasının Prezidenti zati-aliləri cənab Konstantinos Stefanopulosa - Bakı şəhəri, 14 aprel 2003-cü il


Hörmətli cənab prezident!

Afina-Saloniki yolunda avtomobil qəzası nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm, xəsarət alanların tezliklə sağalmalarını arzulayıram.

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 15 aprel 2003-cü il.