Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin zəmanəmizin görkəmli musiqiçisi Mstislav Rostropoviçə ölkəmizin ali dövlət mükafatının - "İstiqlal" ordeninin təqdim edilməsi mərasimində nitqi - Azərbaycan prezidentinin iqamətgahı, 3 mart 2002-ci il


Əziz Slava!

Sizi anadan olmağınızın 75 illiyi münasibətilə təbrik edirəm, Sizə cansağlığı, firavanlıq və yeni-yeni yaradıcılıq uğurları arzulayıram. Həyatınızın artıq arxada qalan illəri coşqun yaradıcılığınızla və ictimai fəaliyyətinizlə, zəngin, maraqlı və məzmunlu fəaliyyətinizlə dolğun olmuşdur. Siz istedadınıza görə özünüzü musiqi sənətinə həsr etmisiniz və bu sahədə çox böyük uğurlar qazanmısınız. Mübaliğəsiz demək olar ki, Siz dünya şöhrətinin zirvələrinə ucalmısınız. Siz musiqiçi kimi, dirijor kimi, incəsənət xadimi kimi, ictimai xadim kimi, bütün dünyada tanınmısınız. Özu də "bütün dünyada" ifadəsi böyük insanlar barəsində işlədilir və nəzərdə tutulur ki, bu adam öz əsərləri ilə, çox geniş yayılmış və dünya ictimaiyyətinin sərvətinə çevrilmiş fəaliyyəti ilə tanınmışdır. Sizin isə dünya şöhrətiniz onunla fərqlənir ki, Siz hər bir ölkədə konsertlər verirsiniz, insanlarla görüşürsünüz, onlarla ünsiyyətdə olursunuz, ictimai fəaliyyət göstərirsiniz. Beləliklə, Siz hər bir ölkədə təkcə kitablardan deyil, əsərlərinizlə deyil, şəxsən tanınırsınız. Sizin dünyanın bir çox ölkələrindəki çıxışlarınız və insanlarla ünsiyyətiniz, deyərdim ki, musiqiçinin, ictimai xadimin, incəsənət xadiminin fəaliyyətinin nadir nümunəsidir. Sizin yaradıcılığınız, şəxsiyyətiniz əfsanəyə çevrilmişdir. Özu də bu, ilk növbədə, Sizin qeyri-adi istedadınız sayəsində, sənətinizin zəngin məzmunu sayəsində, coşqun ictimai fəaliyyətiniz, xüsusən haqq-ədalət uğrunda, həqiqət uğrunda, insan huquqları uğrunda mübarizə məsələlərində fəaliyyətiniz sayəsində olmuşdur.

Sizin həyatınız xoşbəxt həyatdır, lakin o belə böyük adamların həyatında olduğu kimi, heç də həmişə hamar və şirin olmayıbdır. Sizin yaradıcılığınızın xüsusiyyəti, həyatınızın fərqləndirici cəhəti bəlkə də məhz bundadır, lakin nə etmək, həyatınız belə gətirmişdir. Siz böyük insan, böyük musiqiçi, ictimai xadim olmaqla yanaşı, bir çox illər ərzində təqiblərə məruz qalmış, öz ölkənizdən baş götürüb getməyə məcbur olmusunuz. Qərbdə yerbəyer olub, şan-şöhrət qazanana və öz yaradıcılıq və ictimai fəaliyyətiniz üçün lazımi şərait yaradanadək ədalətsizliyə qarşı çıxaraq, çox çətinliklər çəkmisiniz. Ancaq Siz cəsur insansınız və Sizi fərqləndirən cəhət həm də odur ki, Siz bu məhrumiyyətlərə, bu məşəqqətlərə, bu qanunsuzluğa mərdliklə sinə gərərək və tab gətirərək sübut etdiniz ki, həqiqət Sizin tərəfinizdədir. Ona görə çox gec də olsa, həm öz ölkənizdə, həm də bir çox digər ölkələrdə Sizi incəsənət xadimi, musiqiçi kimi və ictimai xadim kimi, həqiqət uğrunda, insan hüquqları uğrunda mübarizə aparan insan kimi başa düşüdülər.

Siz bizim həmyerlimiz, bizim üçün əziz insansınız. Bizim Dövlət Filarmoniyasındakı konsertlərinizi yaxşı xatırlayırıq. Bunlar çox maraqlı konsertlər idi və böyük maraq doğururdu. Biz ötən dəfə Sizinlə söhbət edərkən o vaxtlar görüşdüyünüz, ünsiyyətdə olduğunuz və hətta birlikdə xaş yediyiniz dostlarınızı xatırlayırıdınız. Ona görə də Siz bizim üçün yaxın, əziz adamsınız. Siz fəal konsert proqramları ilə çıxış etdiyiniz illərdə də həmişə qəlbən Azərbaycanla olmusunuz. Siz sürgündə olduğunuz illərdə də Az.rbaycanda bir çox ədalətli və xeyirxah adamlar Sizin haqqınızda, taleyiniz haqqında düşünürdülər və Sizin tərəfinizdə idilər.

Budur, dünyada böyük dəyişikliklərin baş verdiyi, Vətəniniz Azərbaycanın müstəqil dövlət olduğu indiki vaxtda biz yenə də birlikdəyik. Çox xoşdur ki, Siz o illərdə bir çox ölkələri gəzib-dolaşsanız da, öz Vətəninizi unutmadınız. İmkan düşən kimi, Azərbaycana gəldiniz və sıx əlaqələrimiz - istər qohumluq əlaqələrimiz, istər musiqi əlaqələrimiz, istərsə də ictimai fəaliyyət sahəsində əlaqələrimiz bərpa oldu. Son beş ildə Siz beynəlxalq əlaqələrin inkişafında, musiqi sənətinin inkişafında respublikamıza çox böyük kömək göstərmisiniz. Biz bunu yüksək qiymətləndiririk. Əziz Slava, buna görə mən Sizə təşəkkür edirəm, çünki Sizin burada, Azərbaycanda gördüyünüz işlərin bizim üçün çox böyük əhəmiyyəti var.

Dünən biz Sizin yubiley konsertinizdə olduq. Parlaq konsert idi, gözəl əsərlər idi, ən başlıcası isə, əziz Slava, özünüzün ifaçılığınızın və Sizin rəhbərliyiniz ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin ifaçılığının səviyyəsi çox yüksək idi. Orkestr son beş ildə Sizin köməyiniz sayəsində xeyli inkişaf etmişdir və indi yüksək səviyyəli orkestr kimi, dünyanın bir çox ölkələrində tanınmağa layiqdir. Dünən Siz yubiley konsertinizdə bizi dünyanın böyük bəstəkarlarının gözəl əsrələri ilə sevindirdiniz. Lakin Siz, eyni zamanda, bizi özünüzün parlaq sənətinizlə, -yorulmazlığınızla da sevindirdiniz və bizə olduqca böyük zövq bəxş etdiniz. Hesab edirəm ki, dünənki konsert Azərbaycanın ictimai-siyasi və musiqi həyatında mühüm hadisədir. Mən sizin sürgündə olduğunuz çətinliklərlə dolu illərdən danışdım. Sizin üçün çətin olmuşsa da, bu, eyni zamanda, öz fikirlərinizi - xeyirxahlıq haqqında fikirlərinizi, həqiqət, düzlük haqqında, haqq-ədalət haqqında fikirlərinizi, insan haqqında, insan hüquqları haqqında fikirlərinizi bütün dünya qarşısında ifadə etmənizə şərait yaratmışdır. Ona görə də Siz dünyada insan hüquqlarının müdafiəçisi kimi tanındınız və bu, bir şəxsiyyət kimi, bir insan kimi, bir musiqiçi kimi, Sizin üçün olduqca böyük əhəmiyyətə malikdir. Siz Azərbaycana təkcə mədəniyyətimizin inkişafına, incəsənətimizə kömək etməklə böyük diqqət yetirmirsiniz. Siz həm də ölkəmiz haqqında həqiqəti, Azərbaycan xalqı haqqında həqiqəti, müstəqil dövlətimiz haqqında həqiqəti, bugünkü real həyatımız haqqında həqiqəti bir çox ölkələrdə yayırsınız. Qaçqınların çadır şəhərciklərinə şəxsən getdiyinizə, onların necə çox ağır şəraitdə yaşadıqlarını gördüyünüzə, Dağlıq Qarabağ üstündə Ermənistanla Azərbaycan arasındakı münaqişənin necə məşəqqətli nəticələrə gətirib çıxardığının və Az.rbaycan xalqının erməni təcavüzündən, bu münaqişədən necə böyük zərər çəkdiyinin şahidi olduğunuza görə mən Sizə təşəkkür edirəm. Bu insanlar öz ölkəsində qaçqına çevrilmişlər, artıq neçə illərdir çadırlarda ən dözülməz şəraitdə yaşayırlar, öz torpağından məhrum olmalarından əzab-əziyyət çəkirlər. Bütün bunları gördükdə bu mənzərənin Sizə necə təsir etdiyini xatırlayıram. Gördüyünüz mənzərədən gözlərinizin necə yaşardığı yadımdadır. Azərbaycanın düşdüyü vəziyyət haqqında, dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların Azərbaycana, münaqişəyə ədalətsiz münasibəti haqqında və münaqişənin nizama salınması işinə yardım göstərilməsi üçün kifayət qədər tədbir görülmədiyi haqqında həqiqəti dünya ictimaiyyətinə çatdırmağınızı qiymətləndiririk.

Əziz Slava! Siz Azərbaycanda doğulmusunuz. Yadımdadır, Siz dünən konsertdən sonra dediniz ki, ananız Sizi Azərbaycanda doğduğuna görə ona minnətdarsınız. Mən bu ifadəni yadımda saxladım. Siz xoşbəxt bir insan kimi, məhz burada, Az.rbaycanda anadan olmusunuz, Sizin xoşbəxt taleyiniz olmuşdur - həm yaradıcılığınızda, həm də şəxsi həyatınızda. Ən böyük xoşbəxtliyiniz ondadır ki, Sizin ömür-gün yoldaşınız Qalina Pavlovna Vişnevskaya kimi gözəl bir qadındır. Əlbəttə, sizi məhəbbət birləşdirmişdir. Ağır sınaqlara, məhrumiyyətlərə və iztirablara məruz qalmış belə möhkəm münasibətlər məhəbbət olmadan yarana bilməz. Bəli, birgə həyatınızın əsası qarşılıqlı məhəbbətdir. Lakin bununla yanaşı, Siz ona görə xoşbəxtsiniz ki, həyat yoldaşınız görkəmli müğənni və Sizin kimi, bəlkə də Sizdən daha qorxmaz qadındır. Mən çox ağır çətinliklərlə üzləşdiyiniz illəri nəzərdə tuturam. Bu çətinliklərə sinə gərməkdə Sizə möhkəm iradənizlə yanaşı, Qalina Pavlovna da kömək etmişdir. Sizə olan sədaqəti ilə, yorulmaz musiqi və ictimai fəaliyyəti il Siz haqq-ədalət, insan hüquqları uğrunda birgə mübarizə aparmısınız. Bu mənada hansınızın çox, hansınızın az iş gördüyünü özünüz müəyyən edə bilərsiniz. Lakin, hər halda, kənardan aydın görünür ki, Slava da, Qalina Pavlovna da ədalət və insan hüquqları uğrunda əsl mübariz olmuşlar.

Qalina Pavlovna gözəl qadındır. Bilirsiniz, axı kişilər gözəl qadınları sevirlər. Bilirəm ki, Slava da belələrindəndir. Slava, ümumiyyətlə, qadınları sevir, mən bunu bilirəm. Lakin başqaları nə qədər gözəl olsalar da, onların ən gözəli Qalina Pavlovnadır. Qalina Pavlovna çox ağıllı, dəmir iradəli, möhkəm xarakterli qadındr. Bu həmişə gözə çarpır. Bu isə Sizə böyük heyranlıqdır. O, özü-özlüyündə böyük şəxsiyy.tdir. Bilirsiniz, bəzən elə olur ki, iki şəxsiyyət bir evdə yola gedə bilmir və bu, bir həqiqətdir. İki şəxsiyyət bir yerdə olanda tez-tez çəkişmə, qalmaqal baş verir, çünki kişi də şəxsiyyətdir, qadın da. Sizin səadətiniz ondadır ki, Qalina Pavlovna da şəxsiyyətdir, Siz də şəxsiyyətsiniz və bir yerdəsiniz, bir-birinizi tamamlayırsınız, bir-birinizə kömək edirsiniz. şadam ki, Sizin 75 illiyiniz, yəni 75 illiyinizə həsr olunmuş yubiley şənlikləri Azərbaycanda, Vətəninizdə başlayır. Beş il əvvəl, Siz 70 illiyinizi qeyd edərkən şənliklər Parisdə başlamışdı və mənə də oraya dəvət edilmək və 70 illiyinizə həsr olunmuş şənliklərə qoşulmaq şərəfi nəsib olmuşdu. Bunun ardınca şənliklər Azərbaycanda geniş miqyasda keçirildi. İndi bu şənliklər Azərbaycanda başlayır. Ona görə də çalışdıq ki, hər şey Sizə layiq olsun. Hesab edirəm ki, biz nə isə edə bildik və 75 illiyiniə yaxşı start verdik.

Zənnimcə, 75 illiyinizin qeyd ediləcəyi başqa ölkələrdə də Sizin Vətəninizin təsiri, hər halda, duyulacaqdır. Şadam ki, burada atanızın muzeyi və Sizin muzeyiniz yaxşı vəziyyətdədir. Bu gün muzeydə olmusunuz, bu barədə mənə məlumat verdilər, danışdılar. Hər şey beş il əvvəl Sizinlə şərtləşdiyimiz kimi inkişaf edir. Slava, hamı təəccüblənir ki, Siz bütün bu illər ərzində bir gün belə dincəlməyib, bütün dünyanı gəzib-dolaşmısınız, həyatınızın əksər hissəsini təyyarələrdə. keçirmisiniz, hər bir ölkədə dünənki kimi tükənməz enerji ilə, böyük qüvvə ilə çıxış etmisiniz, özü də bəzən bir deyil, iki deyil, daha çox konsert verirsiniz, formanızı isə saxlayırsınız. Siz çox sağlamsınız, Sizdə çox böyük enerji var, bu isə, şübhəsiz, belə düşünməyə əsas verir ki, qarşıda hələ iş çoxdur və Siz onları yerinə yetirməyə qadirsiniz.

M.n Sizi bir daha təbrik edirəm, Sizə cansağlığı  arzulayıram. Yəqin artıq mətbuatdan Sizə məlumdur, televiziya ilə xəbər vermişlər, məncə, bu gün "Bakinski raboçi" qəzetində də dərc edilmişdir ki, Azərbaycan Prezidentinin Fərmanı ilə Siz Azərbaycanın ali ordeni - "İstiqlal" ordeni ilə təltif olunmusunuz. Bizim ali ordenimiz məhz belə adlanır. Xalqımız bir çox əsrlər boyu müstəqilliyə can atmışdır. Ona görə də xalqımızın müstəqillik əldə etməsi bizim üçün olduqca böyük tarixi əhəmiyyətə malik hadisədir. Biz ötən il Azərbaycanın müstəqilliyinin 10 illiyini qeyd etdik və bizim ən ali ordenimiz "İstiqlal" adlanır. Siz bu ordenlə təltif edilmisiniz. Mən Azərbaycanın bu ali ordenini böyük məmnuniyyətlə Sizə təqdim etmək istəyirəm. Zənnimcə, bu orden ən müxtəlif ölkələrdə aldığınız çoxsaylı ordenləriniz arasında öz layiqli yerini tutacaqdır. Sizi bir daha təbrik edirəm.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT