Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin məşhur pianoçu, həmyerlimiz Bella Davidoviçin konsertindən sonra onunla və konsertin digər iştirakçıları ilə görüşdəki söhbətindən - Respublika sarayı, 10 sentyabr 1998-ci il


scotch egg
scotch egg
temp-thumb
temp-thumb

Heydər Əliyev:  Sizi uğurlu çıxışınız münasibətilə təbrik edirəm. Oğlunuz da əla çıxış etdi. Siz Azərbaycanda çox məşhur şəxsiyyətsiniz. Azərbaycandan çoxdan çıxıb getsəniz də, sizi unutmayıblar, hey sizi xatırlayırlar. Bununla bərabər, fəxr edirlər ki, bizim bakılı dünya şöhrətli pianoçudur.

Bu gün səhnədə çıxış edərkən bakılı olduğunuzu söylədiniz və tamaşaçılar bunu hərarətlə qarşıladılar. Bilirsinizmi, bu gün mən sizi məmnunluqla dinlədim, konsert qurtardıqdan sonra isə siz cəmi bir neçə kəlmə dediniz, amma Bakı haqqında deyilən bu sözlər çox xoş idi. Həqiqətən gözəl şəhərdir, bu şəhər nə qədər görkəmli adamlar yetirmişdir. Bu adamlar bütün dünyada məşhurdurlar. Alimlər, musiqiçilər, rəssamlar, bəstəkarlar. Nə qədər belə adamlar, nə qədər belə nəsillər olubdur!

Bir sözlə, mən bu barədə düşünərkən fəxr edirdim ki, şəhərimiz, ölkəmizin paytaxtı, artıq müstəqil dövlətimizin paytaxtı necə misilsiz şəhərdir, belə zəngin tarixə və zəngin ənənələrə malikdir. Burada musiqi ənənələri olmasaydı, belə istedadlar yetişməzdi. Burada musiqi mühiti, şəraiti, atmosferi, ziyalılıq atmosferi, belə yüksək intellekt atmosferi olubdur. Burada belə adamlar da, ailələr də olubdur. Bu ailələr, - onlar burada doğulmuş 70 yaşlıların nəslidir. Onlar burada anadan olmuş, 20-ci 30-cu, 40-cı illərdə boya-başa çatmışlar.

Bella Davidoviç: Hörmətli cənab prezıdent. Xoş sözlərə görə Sizə dərin təşəkkürümü bildirirəm. Mən Bakını doğma şəhərim kimi sevirəm. 70 illik yubileyim ilində öz doğma şəhərimin küçələri ilə gəzirəm. Bütün illər ərzində daim fəxr etmişəm ki, mən bakılıyam.

Bilirsiniz, mənim valideynlərim əsl bakılı idilər. Mənım babam konsertmeyster olmuşdur. Mən fəxr edirəm kı, o, hələ 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə Azərbaycanı uğurla təmsil etmiş, hətta bu ongünlükdə iştirakına görə ordenə layiq görülmüşdür. Çox sevdiyimiz dahi Üzeyir bəyin ən gözəl sənət əsərlərindən olan "Koroğlu" operasının ilk tamaşası da həmin ongünlükdə olmuşdur.

Heydər Əliyev: Bunun sizin üçün əhəmiyyətı var ki, çox böyük fasilədən sonra da xalq sizi unutmayıbdır. Mən fasilədə salona göz gəzdirdim. Salondakılar əsasən musiqiçilər incəsənət aləminin adamları, Azərbaycan zıyalılarının nümayəndələri, görkəmli incəsənət xadimlərı idilər. Odur kı, bu, sizin üçün də, bakılılar üçün də hadisədir, ölkəmiz üçün də hadisədir.

İndi Bakının çox yaxşı vaxtıdır. Sentyabr Azərbaycan üçün ümumiyyətlə yaxşı aydır. Biz burada iki gün, sentyabrın 7-8-də böyük beynəlxalq konfrans keçirdik. Bu işlərdən yalnız dünən başım açıldı, hava həqiqətən xoş, mülayimdir, bızdə deyildiyi kimi, indi ilin ən yaxşı çağıdır. Biz konfransı çox uğurla keçirdik, çoxlu qonaq vardı - onlar 32 ölkədən gəlmişdilər.

Onların arasında prezidentlər, nazirlər, 13 beynəlxalq təşkilatın nümayəndələri var idi. Böyük tarixi Ipək yolun bərpa edirik. Bu İpək yolu hələ eramızdan əvvəl mövcud olmuş və orta əsrlərdə bir çox coğrafi kəşflərlə əlaqədar yox olub getmişdir, indi isə onu bərpa edirik. O, Asiya ilə Avropanı birləşdirmək üçün çox gərəkli, zəruri olmuşdur.

Təsəvvür edirsinizmi, Birləşmiş Ştatlardan tutmuş Yaponiyayadək nümayəndələr vardı - ABŞ, bütün Avropa və Asiya. Təbii ki, Yaponiya, Çin, Monqolustan Mərkəzi Asiyanın bütün ölkələri - Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Qafqaz - Azərbaycan, Gürcüstan, Ermənistan, İran, Rusiya, sonra - Türkiyə və Avropa ölkələri, ta İspaniyaya qədər, demək olar, bütün Avropa ölkələri bu konfransda iştirak edirdilər. Biz nəqliyyat dəhlizini bax belə çəkirik. Bir sözlə, hava bizə onda da kömək etmişdi, indi də kömək edir.

O ki qaldı simfonik orkestrin əla çıxış etdiyi barədə ümumi rəylə mən də razılaşıram. Bilirsiniz, müsiqiçilər 1989-cu ildən bəri böhran dövrü keçirmişlər. Lakin sonra mən simfonik orkestrə kömək haqqında qərar qəbul etdim. İndi onlar yeni həyata başlamışlar. Biz onlara bundan sonra da kömək edəcəyik. Bu gün siz hamınız, konsertin bütün iştirakçıları xoşuma gəldiniz, siz çox yaxşı görünürdünüz. Hətta heyran qaldım ki, siz çox mürəkkəb əsərləri necə rəvan və səlis ifa edirdiniz. Bella Davidoviçə və konsertin digər iştirakçılarına yaradıcılıqda yeni uğurlar arzulayıram. Sağ olun.

Tarixi arayış

MƏDƏNİYYƏT