Belarus Respublikasının prezidenti Zati-aliləri cənab Aleksandr Lukaşenkoya - Bakı şəhəri, 1 iyul 2000-ci il


Hörmətli cənab prezidenti!

Belarus Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Belarus xalqını ürəkdən təbrik edir, ölkənizə sülh, tərəqqi və əmin-amanlıq arzulayıram.

Biz Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişlənməsinə böyük əhəmiyyət veririk.

İnanıram ki, qarşılıqlı səylərlə biz ölkələrimiz arasında münasibətləri hərtərəfli inkişaf etdirib dövlətlərimizin suverenliyinin və müstəqilliyinin getdikcə möhkəmlənməsinə, xalqlarımızın rifahının yaxşılaşmasına nail olacağıq.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 4 iyul 2000-ci il.