Türkmənistan Prezidenti zati-aliləri cənab Saparmurad Niyazova - Bakı şəhəri, 22 oktyabr 2002-ci il


Hörmətli Saparmurad Atayeviç!

Milli bayramınız - Müstəqillik günü münasibətilə Sizi və dost Türkmənistan xalqını səmimi qəlbdən təbrik edirəm.

Şadam ki, bu gün Sizin rəhbərliyinizlə suveren Türkmənistan dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ictimai və iqtisadi həyatın bütün sahələrində dəyişikliklərin həyata keçirilməsi yolu ilə inamla irəliləyir.

Əminəm ki, Azərbaycan ilə Türkmənistan arasında dostluq münasibətlərinin, mehriban qonşuluğun və əməkdaşlığın daha da genişləndirilməsi və möhkəmləndirilməsi xalqlarımızın mənafelərinə, regionda sülh və sabitlik işinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar, Türkmənistan xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 27 oktyabr 2002-ci il.