Qazaxıstan Respublikasının Prezidenti zati-aliləri cənab Nursultan Nazarbayevə - Bakı şəhəri, 21 avqust 2002-ci il


Hörmətli Nursultan Nazarbayev!

Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında diplomatik münasibətlər yaradılmasının 10 illiyi ilə əlaqədar Sizi ürəkdən təbrik edirəm.

Xalqlarımız və ölkələrimiz arasındakı ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri ötən dövr ərzində hərtərəfli inkişaf etmiş, dərinləşmiş, strateji tərəfdaşlıq xarakteri almışdır.

Əminəm ki, Azərbaycan ilə Qazaxıstan arasındakı hərtərəfli əməkdaşlıq, regional və beynəlxalq təşkilatlarda qarşılıqlı dəstək, transmilli layihələrin həyata keçirilməsi sahəsində birgə səylər bundan sonra da xalqlarımızın rifahına, regionda sülh, sabitlik və təhlükəsizlik işinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, səadət, uğurlar, qardaş Qazaxıstan xalqına isə firavanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 22 avqust 2002-ci il.