Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İsveçrə Konfederasiyasının prezidenti zati-aliləri cənab Paskal Kuşpenə məktubu - Bakı şəhəri, 2 yanvar 2003-cü il


Hörmətli cənab prezident!

İsveçrə Konfederasiyasının prezidenti seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm. əminəm ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 4 yanvar 2003-cü il.

Tarixi arayış