Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Maldiv Respublikasının Prezidenti zati-aliləri cənab Məmun Əbdül Qəyyuma təbriki - Bakı şəhəri, 18 iyul 2001-ci il


Hörmətli cənab Prezident!

Maldiv Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Maldiv xalqını səmimi-qəlbdən təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Maldiv arasındakı təşəkkül tapmaqda olan dostluq münasibətlərinin inkişafı xalqlarımızın rifahına xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya