Avstraliyanın Baş naziri zati-aliləri cənab Con Hovarda - Bakı şəhəri, 25 yanvar 2000-ci il


Hörmətli cənab Baş nazir!

Milli bayram - Avstraliya günü münasibətilə sizə və Avstraliyanın dost xalqına səmimi təbriklərimi yetirirəm.

Ümidvaram ki, müstəqil Azarbaycan Respublikası ilə Avstraliya arasında dostluq və əməkdaşlıq əlaqələri inkişaf edib genişlənərək xalqlarımızın mənəfeyinə xidmət edəcəkdir.

Fürsətdən istifadə edib sizə cansağlığı və səadət, ölkənizə tərəqqi və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış