İsveçin kralı Əlahəzrət XVI Karl Qustava – Bakı şəhəri, 5 iyun 2000-сi il


Əlahəzrət!

İsveç Krallığının milli bayramı – İsveç Bayramı günü münasibətilə Sizə, kral ailəsinin üzvlərinə və dost İsveç xalqına salamlarımı və təbriklərimi yetirir, Sizə möhkəm cansağlığı və səadət, ölkənizə əmin-amanlıq və daimi tərəqqi arzulayıram.

Mən Azərbaycan Respublikası ilə İsveç Krallığı arasında dostluq və əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirirəm.

İnanıram ki, qarşılıqlı səylər sayəsində ölkələrimizin əlaqələri getdikcə daha da yaxşılaşacaq, xalqlarımızın mənafeyinə, sülhə və sabitliyə xidmət edəcəkdir.

Hörmətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

“Azərbaycan” qəzeti, 6 iyun 2000-ci il