Araz çayı


Araz çayı - Araz Kürün ən böyük qoludur. Ermənistan və Azərbaycan ərazisindən axır. Uzunluğu 1072 km, hövzəsinin sahəsi 101,9 min kvadrat km-dir. Başlanğıcını Türkiyədə, Bingildağ silsiləsinin şimal yamacından (2990 m) alır. Axura qolu qovuşandan sonra Araz Bəhramtəpə su qovşağının yaxınlığınadək təqribən 600 km məsafədə Ermənistan və Azərbaycanın Türkiyə və İranla dövlət sərhədini təşkil edir. Sabirabad şəhəri yaxınlığıda Kürlə birləşir. Suyunun çoxluğuna görə Zaqafqaziyada ikinci çaydır.