Corctaun Universiteti


Dünyanın ən iri və nüfuzlu təhsil ocaqlarından biri. ABŞ-ın paytaxtı Vaşinqton şəhərində yerləşir. Universitetin əsası 1789-cu ildə kiçik kollec kimi buranın ilk prezidenti Con Karroll tərəfindən qoyulub. Öz fəaliyyətində açıq dialoq və həqiqətə sədaqət prinsiplərini rəhbər tutan universitetdə dünyanın müxtəlif ölkələrindən gələn 40 minə yaxın tələbə və 14 min doktorant təhsil alır. Universitetdə təhsil bir neçə dildə aparılır. Universitetin 61 tədris binası, yataqxanaları, idman qurğuları və elmi laboratoriyaları var. Azərbaycan müstəqillik əldə etdikdən sonra universitetdə bir neçə azərbaycanlı tələbə də təhsil almağa başlayıb.
 
 

Corctaun Universitetinin əsas binası