İordaniyanın məliki əlahəzrət II Abdullaya - Bakı şəhəri, 13 may 2003-cü il


Əlahəzrət!

İordaniya Haşimilər Məmləkətinin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Əminəm ki, ölkələrimiz arasında mövcud olan ənənəvi dostluq və əməkdaşlıq münasibətləri daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 13 may 2003-cü il.