Bəstəkar Arif Məlikova - 14 sentyabr 1993-cü il


Hörmətli Arif Cahangir oğlu!

Sizi anadan olmağınızın 60 illiyi münasibətilə səmim-qəlbdən təbrik edirəm.

Qırx ildən çoxdur ki, çoxşaxəli yaradıcılığınız çağdaş Azərbaycan musiqi mədəniyyətini zənginləşdirməkdədir. Böyük fitri istedadın məhsulu olan "Məhəbbət əfsanəsi" baletiniz xalqımızın milli musiqisini dünyaya tanıdan şah əsərlərdəndir. Sizin yaradıcılığınız ulu mədəniyyətimizi bütün əzəməti ilə aləmdə təmsil edir.

Əmin olduğumu bildirmək istəyirəm ki, xalqımızın mənəvi təkamülündə, gənclərimizin estetik tərbiyəsində indən sonra da mühüm xidmətlər göstərəcək, qədim və zəngin ənənələri olan milli musiqi mədəniyyətimizə parlaq səhifələr yazacaqsınız. Sizə xoş anlar, xoş günlər, xoş illər arzulayıram.

Dərin hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri.

Ümumi tarixi arayış

Tarixi arayış

MƏDƏNİYYƏT