Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası Ülyahəzrət II Yelizavetaya – Bakı şəhəri, 16 iyun 2000-ci il


Ülyahəzrət!

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – kraliçanın təvəllüdü günü münasibətilə Sizi və kral ailəsinin üzvlərini, bütün dost Britaniya xalqını səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı və səadət, ölkənizə sülh, əmin-amanlıq və daimi çiçəklənmə arzulayıram.

Mən Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında əməkdaşlığın inkişafına böyük əhəmiyyət verirəm. Biz Britaniya xalqının dünyada demokratiyanın bərqərar olmasına verdiyi töhfələri, habelə Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsində Böyük Britaniya Krallığının dəstəyini yüksək qiymətləndiririk.

Əminəm ki, ölkələrimizin dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyi, ümumi sülh və əmin-amanlıq naminə inkişaf edib dərinləşəcəkdir.

Dərin hörmət və ehtiramla,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti

“Azərbaycan” qəzeti, 18 iyun 2000-ci il