Xorvatiya Respublikasının prezidenti zati-aliləri cənab Stipe Mesiçə - Bakı şəhəri, 14 iyun 2002-ci il


Hörmətli cənab prezident!

Xorvatiya Respublikasının milli bayramı münasibətilə Sizi və bütün Xorvatiya xalqını səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Avropa ailəsində birləşən xalqlarımız arasındakı münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq məcrasında davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 25 iyun 2002-ci il.

Tarixi arayış

Azərbaycan - Avropa