Azərbaycan Prezidenti Heydər Əliyevin Fələstin rəhbəri Yasir Ərəfat ilə görüşdəki söhbətdən (Tehran, 8 dekabr 1997-ci il) sənədinə tarixi arayış


Heydər Əliyev Fələstin rəhbəri Yasir Ərəfatla hələ Sovet İttifaqının rəhbərlərindən biri olarkən ünsiyyətdə olub. Tərəflərin növbəti görüşü isə 1994-cü ildə İslam Konfransı Təşkilatının Kasablanka Zirvə görüşündə baş tutub.

İKT-nin üzvü olan ölkələrin dövlət və hökumət başçılarının 1997-ci il dekabrın 9-11-də Tehranda keçirilən VIII Zirvə görüşündə iştirak edən Heydər Əliyev və Yasir Ərəfat yenidən görüşərək hər iki tərəfi maraqlandıran məsələləri müzakirə ediblər.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.107