Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Çin Xalq Respublikasının Sədri zati-aliləri cənab Tszyan Tszeminə təbriki - Bakı şəhəri, 30 sentyabr 2000-ci il


Hörmətli cənab sədr!

Çin Xalq Respublikasının milli bayramı – Respublika elan edilməsi günü münasibətilə sizi və dost çin xalqını ürəkdən salamlayır və təbrik edirəm.Böyük intellektual və iqtisadi potensialı olan Çin Xalq Respublikasının Dünya Birliyində sanballı yeri vardır və o, beynəlxalq həyatda mühüm rol oynayır. Dövlət müstəqilliyi əldə etdikdən sonra Azərbaycan Respublikası Çin Xalq Respublikası ilə münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət verir. Əminəm ki, son illərdə ardıcıl surətdə genişlənən əməkdaşlığımız xalqlarımızın mənafeyi naminə getdikcə möhkəmlənəcəkdir. Hörmətli cənab sədr, fürsətdən istifadə edib sizə cansağlığı və uğurlar, Çinin bütün vətəndaşlarına sülh, tərəqqi və firavanlıq arzulayıram.

Dərin hörmət və ehtiramla,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Azərbaycan - Asiya

Ümumi tarixi arayış

Azərbaycan - Asiya

Tarixi arayış

Azərbaycan - Asiya