Əfqanıstan keçid hökumətinin başçısı zati-aliləri cənab Həmid Kərzaiyə - Bakı şəhəri, 14 iyun 2002-ci il


Hörmətli Həmid Kərzai!

Əfqanıstan keçid hökumətinin başçısı vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, Əfqanıstan torpağında sülhün, sabitliyin bərqərar olması naminə göstərdiyiniz davamlı səylər öz bəhrəsini verəcək, ölkənizin hərtərəfli inkişafı üçün əlverişli şərait yaranacaqdır.

Əminəm ki, Azərbaycan ilə Əfqanıstan arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 15 iyun 2002-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış