Xamenei Ayatullah (1939)


İranın ali dini rəhbəri. Milliyətcə azərbaycanlıdır. 1979-cu il İslam inqilabının aparıcı şəxslərindən biri və inqilab rəhbəri Ayıtullah İmam Xomeyninin silahdaşı. 1981-1989-cu illərdə İran İslam Respublikasının prezidenti olub. 1989-cu ildə Xomeyninin ölümündən sonra ölkənin ali dini rəhbəri (velayet-e feqh) seçilib. 9-11 dekabr 1997-ci ildə Tehranda keçirilən İslam Konfransı Təşkilatının zirvə görüşündə çıxış edib. Sammitlər və ikitərəfli görüşlərdə Azərbaycan prezidentləri Heydər Əliyev və İlham Əliyevlə görüşüb.