Avstraliyanın Baş valisi zati-aliləri cənab Villiam Patrik Dinə - Bakı şəhəri, 25 yanvar 2000-ci il


Zati-aliləri!

Avstraliyanın milli bayramı - Avstraliya günü münasibətilə sizi və ölkənizin dost xalqını ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Avstraliya arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeyi naminə hərtərəfli inkişaf edəcəkdir.

Cənab Baş vali, sizə cansağlığı və uğurlar, Avstraliya xalqına firavanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış