Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Azərbaycan Respublikası Əsilzadələr Məclisinin sədri, xalq yazıçısı, Milll Məclisin deputatı Maqsud İbrahimbəyov ilə görüşdəki söhbətindən - Prezident sarayı, 7 iyul 1999-cu il


Maqsud İbrahimbəyov: Möhtərəm prezident! Sizi səmimi-qəlbdən salamlayıram. Siz müalicədən qayıdandan sonra birinci dəfədir Sizi görürəm və çox şadam ki, Al-laha şükür, səhhətiniz yaxşıdır. Siz bizim dahi rəhbərimiz, dahi prezidentimizsiniz. Fəxr edirəm ki, bu gün mən Azərbaycan Respublikası Əsilzadələr Məclisinin adından Sizə 1 nömrəli şəhadətnaməni təqdim edirəm. Çünki bir nömrəli əsilzadə Sizsiniz.

Heydər Əliyev: Əgər Siz belə qiymət vermisinizsə, təşəkkür edirəm. Deməli, bu məclis artıq fəaliyyətə başlayır?

Maqsud İbrahimbəyov: Bəli, məclis yaradılıb, ilin sonunadak onun qurultayı keçiriləcəkdir.

Heydər Əliyev: Siz məclisin yaradılması barədə mənim fikrimi öyrənmişdiniz və mən demişdim ki, yaradın. Çünki bu, Azərbaycanın bu günü və gələcəyi üçün lazımdır. Məni bir sual maraqlandırır. Əsilzadələr məclisinə üzvlər qəbul etmək üçün hansı meyarlar əsas götürülür?

Maqsud İbrahimbəyov: Biz vətəni, prezidenti sevən əsl ziyalıları qəbul edirik. Üzvlər çoxdur, amma hələlik heç kimə şəhadətnamə verməmişik. Qabul olunmaq istəyənlər də çoxdur.

Heydər Əliyev: Sizin bu təşəbbüsünüzə uğurlar arzulayıram. Arzu edirəm ki, yaradılan Əsilzadələr Məclisi gələcəkdə Azərbaycanın həm dövlətinin, həm cəmiyyətinin naminə, bizim milli ənənələrimizə uyğun, amma eyni zamanda demokratik, hüquqi, dünyəvi dövlət prinsipləri əsasında fəaliyyət göstərsin və Azərbaycan xalqına öz yardımını göstərə bilsin.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT