Seneqal Respublikasının prezidenti zati-aliləri cənab Əbdu Diufa - Bakı şəhəri, 3 aprel 2000-ci il


Hörmətli cənab prezident!

Seneqal Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Seneqal xalqını ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Seneqal Respublikası arasında dostluq və əməkdaşlıq münasibətləri inkişaf edərək xalqlarımızın mənafeyinə xidmət edəcəkdir.

Cənab prezident, Sizə cansağlığı və uğurlar, ölkənizə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 

Azərbaycan Respublikasının Prezidenti.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış