Hindistan Respublikasının prezidenti Zati-aliləri cənab K.R.Narayanana – Bakı şəhəri, 9 avqust 2000-ci il


Hörmətli cənab prezident! 

Hindistan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və dost Hindistan xalqını məmnuniyyətlə salamlayır və səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı və səadət, ölkənizə əmin-amanlıq və tərəqqi arzulayıram.

Ümidvaram ki, Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında qədim tarixi olan dostluq və əməkdaşlıq münasibətləri inkişaf edib genişlənəcək, xalqlarımızın rifahının yüksəlməsinə, dünyada sülh və sabitlik işinə xidmət edəcəkdir.

Hörmətlə,  

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

"Azərbaycan" qəzeti, 15 avqust 2000-ci il

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya