Çin Xalq Respublikasının sədri zati-aliləri cənab Xu Szintaoya - Baki şəhəri, 15 mart 2003-cü il


Hörmətli cənab sədr!

Çin Xalq Respublikasının sədri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Çin arasında dostluq və əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verirəm. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr xalqlarımızın iradəsinə uyğun olaraq daim genişlənəcək və inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Çin xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan"qəzeti, 16 mart 2003-cü il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya