Misir Ərəb Respublikasının prezidenti zati-aliləri cənab Məhəmməd Hüsni Mübarəkə - Bakı şəhəri, 1 may 2003-cü il


Hörmətli cənab prezident!

75 illik yubileyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz Misir Ərəb Respublikasına başçılıq edərək xalqınızın sülh şəraitində yaşaması, əmin-amanlığı və firavanlığı üçün uzun illərdən bəri ardıcıl fəaliyyət göstərirsiniz. Beynəlxalq aləmdə baş verən proseslərdə fəal iştirakınız və prinsipial mövqeyinizlə Siz yüksək nüfuz qazanmışsınız.

Azərbaycan ilə Misir arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və bugünkü səviyyəyə çatmasında xidmətləriniz böyükdür.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Misir xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 4 may 2003-cü il.