Demokratiya və İqtisadi İnkişaf Uğrunda Beynəlxalq Təşkilat (GUAM)


Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən beynəlxalq regional təşkilat. 1997-ci ildə məşvərətçi forum kimi əsası qoyulub. Üzv ölkələrin 6-7 iyun 2001-ci il Yalta samiti zamanı təşkilatın nizamnaməsi qəbul olunub. 1999-cu ildə GUAMA özv olan Özbəkistan 2005-ci ildə qurumdan çıxdığını bəyan edib. 2006-cı ilin mayında GUAM-ın növbəti Kiyev sammiti zamanı təşkilat GUAM - Demokratiya və İqtisadi İnkişaf Təşkilatı adını alıb. Son dövrlərdə təşkilatın üzv dövlətlərin üzləşdikləri əsas problemlər - təcavüzkar separatizm və terrorizmlə bağlı müzakirələri aparılıb.