Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Tacikistan Respublikasının Prezidenti zati-aliləri cənab İmaməli Rəhmanova başsağlığı məktubu - Bakı şəhəri, 16 dekabr 1997-ci il


Hörmətli cənab prezident!

Tacikistan hava gəmisinin Birləşmiş Ərəb Əmirliklərində qəzaya uğraması və nəticədə çoxlu insan tələfatı olması ilə əlaqədar Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.