Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin BMT Baş Məclisinin 49-cu sessiyasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarııına səfərə yola düşərkən Binə hava limanında jurnalistin sualına cavabı - 25 sentyabr 1994-cü il


Azərbaycanın müstəqil dövlət olduğu üç il ərzində respublikanın dövlət başçısı BMT Baş Məclisində iştirak və çıxış etməmişdir. Mən sessiyada çıxış edəcəyəm. Şübhəsiz ki, bu, Azərbaycanın belə yüksək səviyyədə ilk dəfə təmsil olunması deməkdir. Təbii ki, mən çıxışımda Azərbaycanın həm daxili, həm də xarici siyasətindən və xüsusən, bizim üçün ən ağır problem olan Ermənistanın Azərbaycana təcavüzündən danışacağam.

Son vaxtlar Amerika Birləşmiş Ştatları Azərbaycana daim müsbət münasibət göstərir. Cənab Klinton mənə dəfələrlə məktub göndərmişdir. Təkcə sentyabr ayında ondan iki məktub almışam. Bunlar hamısı onu göstərir ki, Amerika Birləşmiş Ştatlarında Azərbaycana münasibət müsbət istiqamətdə dəyişir və güman edirəm ki, daha da dəyişəcəkdir.

Tarixi arayış