Əfqanıstanın dövlət başçısı zati-aliləri cənab Həmid Kərzaiyə - 12 avqust 2002-ci il


Hörmətli Həmid Kərzai!

Əfqanıstanın milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz arasındakı dostluq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq, bundan sonra da davam edəcək və fayda verəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və əmin-amanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 18 avqust 2002-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan - Asiya