Kəlbəcər rayonu


Azərbaycan Respublikasının qərbində inzibati rayon. Ərazisi 3054 km², əhalisi 73,6 min nəfərdir. 2 aprel 1993-cü ildə erməni hərbi birləşmələri tərəfindən işğal edilmişdir. 1 şəhər, 147 kənd və qəsəbə, İstisu mineral sudoldurma zavodu, Şorbulaq civə zavodu, qızıl yatağı, 114 ümumtəhsil məktəbi, 17 klub, incəsənət məktəbi, muzey, 9 xəstəxana, 75 feldeşr-mama məntəqəsi, 23 kənd ambulatoriyası ermənilər tərəfindən talan edilmişdir. Erməni işğalı zamanı Kəlbəcərin 511 dinc sakini öldürülmüş, 321 nəfər isə əsir götürülmüş və itkin düşmüşdür.