Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti cənab Dik Çeyniyə təbriki - Bakı şəhəri, 22 yanvar 2001-ci il


Hörmətli cənab vitse-prezident!

Sizi 60 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizinlə keçirdiyimiz görüşləri məmnuniyyətlə xatırlayı-ram. Aramızda yaranmış dostluğu yüksək qiymətləndirirəm. Azərbaycanla olan dost münasibətlərimiz xalqımıza yaxşı məlumdur. Ümidvaram ki, biz sizinlə bundan sonra da əməkdaşlıq edəcək və Amerika-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə çatdıracağıq.

Sizi yubileyiniz münasibətilə bir daha ürəkdən təbrik edirəm. Sizə və ailənizə cansağlığı, xoşbəxtlik, böyük və məsuliy-yətli işinizdə uğurlar arzulayıram.

Səmimiyyətlə,

Heydər Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.