Gürcüstan Prezidenti zati-aliləri Eduard Şevardnadze cənablarına - Bakı şəhəri, 23 may 1997-ci il


Çox hörmətli Eduard Amvrosiyeviç, Sizi və bütün qardaş gürcü xalqını milli bayramınız - dövlət istiqlaliyyətinin bərpası günü münasibətilə ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Gürcüstanı tarixi müqəddəratlarının birliyi, çoxəsrlik dostluq və əməkdaşlıq, qarşılıqlı yardım və mehriban qonşuluq telləri bağlayır. Çox məmnunam ki, xalqlarımızın indiki nəsilləri də bu şanlı ənənələrə hörmətlə yanaşır və onları qoruyub saxlayırlar.

Dost Gürcüstanın öz dövlət suverenliyini və istiqlaliyyətini möhkəmləndirmək, əsaslı iqtisadi islahatlar həyata keçirmək, regionumuzda sülhü və sabitliyi bərpa etmək istiqamətində yeritdiyi siyasəti yüksək qiymətləndirir və dəstəkləyirəm.

Əziz Eduard Amvrosiyeviç, sizə və sizin şəxsinizdə bütün gürcü xalqına milli arzularınızın həyata keçməsini, sülh, əmin-amanlıq və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.