Xalq artisti Zeynəb xanım Xanlarovaya - 27 dekabr 1996-cı il


Hörmətli Zeynəb xanım! 

Sizi - milli musiqi sənətimizin görkəmli xadimini, Azərbaycan incəsənətinin parlaq nümayəndəsini yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. 

Xalq mahnıları, muğam və müasir musiqini özündə birləşdirən tükənməz sənətinizi xalqımız yüksək qiymətləndirir. Sizin bənzəri olmayan ifaçılıq ustalığınız, bəstələdiyiniz təravətli va gözəl mahnılar Azərbaycan musiqi mədəniyyəti tari-xində unudulmaz iz qoymuşdur. 

Uzun illər opera və balet teatrımızın aparıcı solisti kimi sizin Azərbaycan milli operasının inkişafında xidmətləriniz danılmazdır. Səhnəmizdə oynadığınız gözəl rollar heç zaman sənətseverlərin xatirindən silinməyəcəkdir. Yaratdığınız Leyli və Əsli obrazları dramatik ifaçılıq və musiqi səciyyəsi baxımından son dərəcə dolğun və təsirli olmuşdur. 

Siz Azərbaycan milli musiqisinin, mədəniyyətinin vətənimizdən uzaqlarda ən böyük təbliğatçılarından biri olmaqla bərabər, öz nadir istedadınızla bütün Şərq aləminin sevimli Zeynəbinə çevrilmisiniz. Azərbaycan xalq mahnıları, muğam, təs-nif və müasir bəstəkarların əsərləri ilə yanaşı, siz dünya xalqları folklorunun mahir ifaçısı kimi də geniş şöhrət tapmışsınız. 

Siz həmişə respublikanın içtimai həyatında fəal iştirak etmiş, bu gün də bir içtimai xadim kimi Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edirsiniz.

Əminəm ki, siz mədəniyyətimizin, incəsənətimizin inkişafı, müstəqil Azərbaycanın çiçəklənməsi üçün bundan sonra da əlinizdən gələni əsirgəməyəcəksiniz.

Sizə uzun ömür, möhkəm cansağlığı və yaradıcılığınızda yeni-yeni uğurlar arzulayıram. 

HEYDƏR ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT