Bakı - Bolnisi marşrutu ilə hərəkət edən sərnişin avtobusunun Azərbaycanın Tovuz rayonu ərazisində qəzaya uğraması, Gürcüstan vətəndaşlarının həlak olması və yaralanması xəbəri məni dərindən sarsıtdı.
Həlak olanların qohum-əqrabalarının dərdinə şərik çıxır, onlara dərin hüznlə başsağlığı verirəm.
Allahdan ölənlərə rəhmət, yaralananlara şəfa diləyirəm.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Azərbaycan - Müstəqil Dövlətlər Birliyi
Azərbaycan - Gürcüstan münasibətləri