Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Estoniya Respublikasının prezidenti zati-aliləri cənab Arnold Rüytelə məktubu - Bakı şəhəri, 14 fevral 2003-cü il


Hörmətli cənab prezident!

Estoniya Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı təbrik edirəm.

Əminəm ki, bu gün müstəqillik şəraitində yaşayan xalqlarımız arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, dost Estoniya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.


"Azərbaycan" qəzeti, 23 fevral 2003-cü il.