"Bakının Maştağa Qəsəbəsində Olimpiya İdman Mərkəzinin təntənəli açılışı mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi (29 dekabr 2001-ci il)" sənədinə tarixi arayış


Heydər Əliyev Azərbərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ölkədə bütün sahələrdə olduğu kimi idmana münasibət də dəyişib. Dövlətin gənclər və idman siyasətinin həyata keçirilməsi üçün 1994-cü ildə Heydər Əliyevin fərmanına əsasən Gənclər və İdman Nazirliyi yaradılıb.

1994-cü ili respublikanın idman həyatında dönüş ili adlandırmaq olar. Həmin ildə Heydər Əliyevin fərmanına əsasən Azərbaycanda İdman Fondu yaradılıb. Azərbaycan Respublikası Prezidentinin Fondundan müstəsna hal kimi İdman Fonduna vəsait ayrılıb. “Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı haqqında” Heydər Əliyevin 1996-cı il tarixli sərəncamı bu sahənin daha da canlandırılmasına səbəb olub.

“Böyük liderin 90 anı”, Heydər Əliyev irsini Araşdırma Mərkəzi, “Şərq-Qərb”, Bakı-2013, s.196