Özbəkistan Respublikasının Prezidenti zati-aliləri cənab İslam Kərimova - Bakı şəhəri, 11 yanvar 2000-ci il


Hörmətli İslam Abduqəniyeviç!

Sizi Özbəkistan Respublikasının prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Prezident seçkilərində qalib gəlməyiniz inandırıcı şəkildə sübut edir ki, qardaş Özbəkistan xalqı ölkənin müstəqilliyini və suverenliyini möhkəmləndirmək, cəmiyyəti demokratikləşdirmək, dərin sosial-iqtisadi dəyişikliklər həyata keçirmək istiqamətində sizin yeritdiyiniz xətti dəstəkləyir.

Azərbaycanın və Özbəkistanın xalqları çoxəsrlik tarixi köklərlə bir-birinə bağlıdır. Əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri xalqlarımızın mənəfeyi naminə, regionda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, səadət və dövləti fəaliyyətinizdə böyük müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.