İordaniya Haşimilər Məmləkətinin məliki Əlahəzrət II Abdullaya - Bakı şəhəri, 25 may 2000-ci il


Əlahəzrət!

İordaniya Haşimilər Məmləkətinin milli bayramı - Müstəqillik günü münasibətilə sizi, məlik ailəsinin üzvlərini və qardaş İordaniya xalqını ürəkdən salamlayır və təbrik edirəm.

Məmnuniyyətlə qeyd edirəm ki, Azərbaycan Respublikası ilə İordaniya Məmləkəti arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı üçün yaxşı perspektivlər vardır. İnanıram ki, əlaqələrimiz daha da genişlənərək xalqlarımızın rifahının yüksəlməsinə, regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcəkdir.

Fürsətdən istifadə edib sizə səadət və fəaliyyətinizdə uğurlar, ölkənizə sülh və tərəqqi arzulayıram.

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 26 may 2000-ci il.