Azərbaycan Milli Elmlər Akademiyasının fəzri üzvü, Lenin mükafatı və SSRİ dövlət mükafatları laureatı Kərim Kərimova - Bakı şəhəri, 14 noyabr 2002-ci il


Hörmətli Kərim Kərimov!

Sizi, Azərbaycan xalqının görkəmli oğlunu 85 illik yubileyiniz münasibətilə təbrik edirəm və Sizə xoşbəxtlik, cansağlığı və firavanlıq arzulayıram.

Kosmik raket texnikasının inkişafı ilə qırılmaz surətdə bağlı olan bütün həyatınız XX əsrdə kosmosun öyrənilməsi tarixinin ayrılmaz hissəsinə çevrilmişdir. Siz 25 ildən artıq bir dövrdə kosmik uçuşlar üzrə Dövlət Komissiyasına başçılıq edərək, keçmiş SSRİ-də bir çox nadir elmi-texniki layihələrin həyata keçirilməsi üçün xeyli əmək sərf etmisiniz. Sizin əməyiniz istər dövlət tərəfindən, istərsə də kosmik elm və texnikanın görkəmli nümayəndələri tərəfindən yüksək qiymətləndirilmişdir.

Azərbaycan alimləri ilə daim xoş münasibətlər saxlamağınızı biz yüksək qiymətləndirir və ümid edirik ki, Sizin topladığınız təcrübə və hərtərəfli biliklər ölkəmizdə kosmik tədqiqatların inkişafına, şübhəsiz töhfəsini verəcəkdir.

Sizə uğurlar diləyirəm. Ən xoş arzularla,

Hörmətlə,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 15 noyabr 2002-ci il.