Hörmətli cənab prezident!
Alp dağlarında qar uçqunları nəticəsində turist düşərgələrində çoxlu adamın, o cümlədən xarici vətəndaşların həlak olması xəbəri məni məyus etdi. Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.
Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.